“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir
26 Aprel 2024 11:09 SosialBakıda 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə "Əqli mülkiyyət müasir mərhələdə" mövzusunda "Dəyirmi masa" keçirilir.
Olaylar xəbər verir ki, tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "İnnovasiya və yaradıçılıq naminə müəllifliyin dəstəklənməsi" mövzusunda məruzəsi dinlənilənir.
Dəyirmi masada ölkəmizin dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları, sahə üzrə mütəxəssislər və digər şəxslər iştirak edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31