O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO
25 Aprel 2024 17:26 SosialXalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib.
Olaylar.az bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub.
Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub. O, Şamili səhnəyə dəvət edib. Kazımova ilə Muradov səmimi şəkildə öpüşüb, görüşüblər.
Bu anda isə monitorda sözügedən klip nümayiş olunub. Bunu görən estrada ulduzu bu 24 ildə tərəf müqabilinin xarici görünüşcə dəyişmədiyi, əksinə daha da xarizmatik olduğunu vurğulayıb.
Həmin anları sizə təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31