İnternat məktəbinin direktoru işdən çıxarıldı
25 Aprel 2024 16:37 Sosial1 nömrəli ümumi təyinatlı internat məktəbinin direktoru işdən çıxarılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, 1 nömrəli ümumi təyinatlı internat məktəbinin direktoru İsmayıl Əliyev 17 aprel 2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
Qeyd edilib ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31