ABADA BSEC-URTA Baş Assambleyasının iclasında iştirak edib (FOTO)

Albaniyanın paytaxtı Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Assosiasiyaları Konfederasiyasının (BSEC-URTA) Baş Assambleyasının 43-cü iclası keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə BSEC-URTA-nın nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması üzrə İşçi Qrupunun fəaliyyəti, sərhəd keçmə prosedurları haqqında, BMT-nin Avropa İqtisadi Komisiyasının E-TİR və E-SMR-in tətbiqi ilə bağlı vəziyyət, Qara dənizdə Ro-Ro daşımaları, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və s. məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

İclasda ölkəni Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş Katibi Kənan Qurbanov təmsil edib.

O, müzakirə olunan məsələlərlə bağlı Azərbaycan daşıyıcılarının mövqeyini tədbir iştirakçılarına çatdırıb.

ABADA BSEC-URTA Baş Assambleyasının iclasında iştirak edib (FOTO)

ABADA BSEC-URTA Baş Assambleyasının iclasında iştirak edib (FOTO)
ABADA BSEC-URTA Baş Assambleyasının iclasında iştirak edib (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31