Süni torpaq sahələrində sahibkarlara güzəştlər tətbiq ediləcək
23 Aprel 2024 13:02 SosialXəzər dənizində yaradılacaq süni torpaq sahələrinin üzərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəşt və təşviqlər tətbiq edilə bilər. Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib:
"Düşünürəm ki, bu torpaqlarda iqtisadi fəaliyyətə güzəşt və təşviqlərin verilməsi barədə fikirlər haqlıdır. Çünki, bu, ada üzərindəki iqtisadi fəaliyyətlə bağlıdır. Odur ki, həmin iqtisadi fəaliyyət hansısa vergidən azad edilə, ora sahibkarların cəlb edilməsi üçün təşviqlər tətbiq edilə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31