Bu qanun tütün sahəsində inhisarçılığı təmin etmək məqsədilə hazırlanır-Deputat
23 Aprel 2024 13:08 Sosial"Bu qanun tütün sahəsində inhisarçılığı təmin etmək məqsədilə hazırlanır. Olaylar xəbər verir ki, bunu insanları qorumaq üçün edirik demək tamamilə yanlışdır". Bunu millət vəkili Qüdrət Həsənquliyev "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib. Bildirib ki, buna vətəndaşların səhhətinin qorunması barədə əsalandırmanın nə aidiyyatı var: "Sadəcə inhisarçılığı qorumaq üçün bu qanun yaradılır. Xarici təcrübəyə əsaslanırıqsa hər şeyi nəzərə almaq lazımdır. Sənəddə hamı üçün bərabər şərait yaradılmır. Necə olur ki, biri xaricə tütün məmulatı sata bilər, digəri isə yox. Ona görə mən bu qanunun əlehinə səs verəcəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31