Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi

Bərdə şəhərinin Heydər Əliyev prospektində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrinin yaşadıqları ərazi ilanların məskəninə çevrilib.

Olaylar.az bildirir ki, bu barədə Baku TV-yə danıaşan sakinlərin sözlərinə görə, burada tez-tez qızıl ilan və gürzələr gözə dəyir.

"İndiyə qədər 7-8 ilan öldürmüşəm. Burada ilanlar doludur, divarın altından da çıxırlar", - sakin Əziz Salmanov söyləyib.

Ev sahibləri bildirirlər ki, ilanların həmin ərazidə çox olmasının səbəbi ətrafı kol-kosun basmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31