Qubad İbadoğlunun azadlıqda ilk FOTOSU

Xəbər verdiyimiz kimi, iqtisadçı Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə onun həbsdən sonra çəkilmiş ilk fotosu yayılıb. Şəkildə Q.İbadoğlu vəkilləri Zibeydə Sadıqova və Bəhruz Bayramovla birlikdə yer alıb. 

Xatırladaq ki, onun ev dustaqlığına buraxılması ilə bağlı qərarı bu gün Nərimanov Rayon Məhkəməsi verib.

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31