Bakıda küləyin sürəti 23 m/s-dək artıb - FAKTİKİ HAVA

Aprelin 22-si saat 8:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 23, Naftalanda 24, Goranboyda 23, Mingəçevirdə 20, Tərtərdə 18, Gəncədə 16 metrə çatır.

Milli Hidrometeorologiya Xidmətindən Olaylar-a verilən məlumata görə, havanın maksimal temperaturu aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan Muxtar Respublikasında 28, Aran rayonlarında 30-32, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.

Bəzi dağlıq və dağətəyi rayonlarda - Şahdağ, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31