Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədov Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Olaylar.az bizim.Media-ya istinadən xəbər verir ki, sənətkar dəfn olunduqdan sonra oğlu Xəqani onun məzarı önünə gəlib.

Atasının itkisi ilə barışa bilməyən Xəqani onun məzarı üstə göz yaşı axıdıb.

Həmin anlar C.Məmmədovla vidalaşmağa gələn digər ailə üzvlərini və sənət nümayəndələrini də kövrəldib.

Sözügedən kadrları sizə təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31