Rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
19 Aprel 2024 18:41 SosialAzərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31