Bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaradılır- ÖZƏL

"Son illər ərzində ölkəmizdə bir çox vacib infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilən bu infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır". "Olaylar" xəbər verir ki, bunu YAP Cəbrayıl rayon təşkilatının sədri  Arif Fərzəliyev deyib: "Bu layihələrin icrası ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi - bütün bu amillər hazırda ölkəmizdə müşahidə olunan dinamik inkişafın əsas göstəriciləridir. Əminliklə demək olar ki, növbəti illərdə icra edilən layihələrin həm miqyası, həm də əhəmiyyəti getdikcə daha da artacaq".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31