Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib.

Olaylar xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, əlavə təyin edilən qatarlar aprelin 20-də saat 09:15-də Bakıdan- Ağstafaya, aprelin 21-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31