Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
18 Aprel 2024 20:00 SosialBakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsində magistral yola daxil olarkən hər hası bildiriş lövhəsinin olmaması sürücüləri çətin vəziyyətə salıb, yol üzərində bildirişsiz dairə isə əsl təhlükəyə çevrilib.
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, sürücülər iddia edirlər ki, yolun üstündə sadəcə rənglə çəkilən dairənin mövcudluğunu göstərən hər hansı bildiriş olmadığından, bu ərazidə tez-tez ağır yol-nəqliyyat hadisələri qeydə alınır.
Bu vəziyyət qəsəbə sakinlərini də narahat edir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sürücü və sakinlərin istəyi nəzərə alınaraq əraziyə baxış keçiriləcək.
Ətraflı süjetdə:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31