Təkrar sertifikasiyada iştirak edəcək müəllimlərin sayı açıqlandı
18 Aprel 2024 13:05 Sosial8 minə yaxın müəllim təkrar sertifikasiyada iştirak edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.
"Ötən il sertifikasiyada uğurlu olmayan 400-ə yaxını öz ərizəsi ilə işdən ayrılıb. Geri qalanları təkrar sertifikasiyada iştirak edəcək. Onlar üçün təlim təşkil ediləcək", - deyə E.Bağırov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31