Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 39 müdir təyinatı olub

Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 39 müdir təyinatı olub.

Olaylar xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.

O bildirib ki, həmçinin, 282 tərbiyəçi-müəllim işə qəbul olunub.

"Cari ildə 17 min tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bu işdən ayrılma, əmək müqaviləsinə xitam verilməsi mənasına gəlmir. Qiymətləndirmə onların peşəkarlaşmasına yardımçı olacaq. Növbəti mərhələdə tərbiyəçilər sertifikasiyaya cəlb olunacaq",- deyə E.Bağırov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31