Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq
18 Aprel 2024 11:27 SosialBakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan yanacaq-doldurma məntəqəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan aprelin 21-i saat 22:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Olaylar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik",- deyə əlavə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31