Alimlər müəyyən ediblər ki, kosmosda insan Yerdəkindən fərqli düşünür- ÖZƏL

Olaylar.az xəbər verir ki, alimlər  astronavtların yarıdan çoxu kosmosa uyğunlaşma sindromunun orta dərəcədə təsirini yaşadıqlarını bildirib. Demək olar ki, 10% bu xəstəliyin ağır formalarını yaşayır.

Sindromun əlamətlərindən biri də astronavtlarda düşüncə dəyişikliyidir. Təcrübələr göstərdi ki, yaşadıqları hisslər gerçəkdir.

Biz bilirik ki, beynin kosmosda bədənin mövqeyini təyin etmək üçün vestibulyar sistemdən istifadə edir.

Məlum olub ki, beyin bədənin mövqeyindən asılı olaraq fərqli işləyir.

Dik vəziyyətdə beyin aktiv olaraq qalır və tez qərarlar qəbul edir. Üfüqi vəziyyətdə olarkən istirahət etməyə meyllidir.

Cazibə qüvvəsinin olmaması beyin tərəfindən istirahət vəziyyəti kimi qəbul edilir ki, bu da orbitdəki astronavtlar üçün məntiqi və riyazi məsələlərin həllini çətinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31