Aytən Səfərovanın qəzaya düşdüyü yerdən görüntülər - Şahid danışdı - VİDEO
17 Aprel 2024 18:00 SosialXəbər verdiyimiz kimi, Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslan bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Hadisə şahidi baş verənlərlə bağlı gördüklərini dilə gətirib:
Olaylar.az qafqazinfo-ya istinadən həmin görüntüləri təqdim edir:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31