"WhatsApp”da işimizi asanlaşdıracaq yeni funksiya

"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər.

Olaylar bildirir ki, bu barədə şirkətin bloqunda bildirilib.

Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək.

Belə ki, messencerə üç filtr əlavə edilib: "Hamı", "Oxunmamış" və "Qruplar".

"Hamı" filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək.

"Oxunmamış" seçimini etsəniz, cavabsız qalan söhbətlər - oxunmamış mesajlarla söhbətlər və istifadəçi tərəfindən oxunmamış kimi qeyd olunan mesajlar göstəriləcək.

Üçüncü filtr - "Qruplar" icma alt qrupları da daxil olmaqla, bütün qrup yazışmalarını qrup göstərəcək.

Yenilik hazırda inkişaf mərhələsindədir. Yaxın gələcəkdə WhatsApp istifadəçiləri üçün əlçatan olacaq. (baku.ws)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31