Aysun ana olacaq
13 Mart 2024 18:26 SosialMüğənni Aysun İsmayılova ana olacaq.
Olaylar.az olay-a istinadən xəbər verir ki, bu barədə "Tarixin bir günü" proqramında məlumat verilib. Aparıcı Tarix Əliyev telefon xəttində olan Rəqsanə İsmayılovaya "6-7 ay sonra nənə olacaqsınız. Düzdürmü" deyə sual ünvanlayıb.
İsmayılova cavab kimi "Bu qıza dedim ki, məni qocaltma. Amma çox gözəl hissdir", - deyə bildirib.
Qeyd edək ki, Aysun bir neçə ay öncə vəkil Ramil Vəliyevlə ailə qurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31