Məktəb direktoru işdən çıxarıldı

Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad olunub.

Olaylar.az APA-ya istinadən bildirir ki, Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini pozduğu və eyni zamanda fəaliyyətində nöqsanlara yol verdiyi üçün vəzifəsindən azad edilib.

Bunula bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31