8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılacaq

Martın 15-dən etibarən Bakı şəhəri, 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır:

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31