Güzəştli pensiya hüququ bütün jurnalistlərə şamil olunmalıdır- ÖZƏL

Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na dəyişiklik edib. Yeni dəyişikliklərlə güzəştli şərtlərlə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib. Mətbuatda isə güzəştli pensiya hüququnun Media Reyestrindən keçən jurnalistlərə şamil olunması təklif edilib. 
Tanınmış jurnalist Cavid Şahverdiyev "Olaylar"a bildirib ki, Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na etdiyi dəyişikliyə bizim sahəni də əlavə edə bilərdi. Çünki jurnalistika sahəsi maraqlı sahə olduğu kimi, eyni zamanda çox çətindir, şərəflidir, məsuliyyətlidir: "O ki qaldı həmkarlarımızın belə bir təşəbbüsdə olmasına, bu, məni qane etmədi. Orada Media Reyestrindən keçən jurnalistlər fikri var.  Bu gün Media Reyestrindən keçməyən fəxri ada layiq görülən, təcrübəli jurnalistlərimiz də var.  Bəs onların əməyini, təcrübəsini necə dəyərləndirək, niyə onları kənarda saxlayaq?  Bu güzəşt tələblərə cavab verən bütün media əhlinə şamil olunmalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31