“Analar oğullarına bacısı qızlarını alırlar ki...” - VİDEO
13 Mart 2024 11:47 SosialXəbər verdiyimiz kimi, Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi müzakirə olunur.
Olaylar.Az bildirir ki, şairə və qiraətçi Nazilə Səfərli sosial şəbəkə hesabında videoaçıqlama yayaraq mövzu ilə bağlı izləyiciləri ilə fikirlərini bölüşüb.
Nazilə ölkəmizdə qohum evliliklərinin qadağan olunması məsələsinə inanmadığını vurğulayıb:
"Eşitdim ki, Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər. Bu mənim heç ağlıma batmır. Bəzi analar oğlan övladlarına bacısı qızlarını alırlar ki, var-dövlət kənara çıxmasın. Bəli, bunun üçün hətta sənəd üzərində qohumluqdan imtina belə edərlər ki, təki sərvət kənara çıxmasın. Bayquşlar..." (bizim.media)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31