O, qarşılıqlı əməkdaşlığın gələcəkdə daha geniş spektrləri əhatə edəcəyinə inamını ifadə edib.
"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib ki, Səhmdar Cəmiyyət BMT-nin 2030-cu ilədək dövrü əhatə edən 17 Dayanıqlı İnkişaf Məqsədi, həmçinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini diqqətdə saxlayır, dövlətimizin sosial sahədə yürütdüyü siyasətə töhfələrini verir. Bildirilib ki, hasilat və istehsalat fəaliyyəti həyata keçirilən bölgələrdə yerli icmaların hərtərəfli dəstəklənməsi, o cümlədən məşğulluq, təhsil, sağlamlıq və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl və sistemli layihələr icra edilir. Bu layihələr sırasında qadınların məşğulluğu, uşaqların fərdi inkişafı, fiziki məhdudiyyəti olan şəxslərin sosial həyata inteqrasiyası ilə bağlı məsələlər də xüsusi yer tutur.
Z.İbrahimov, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasının qeyd olunan istiqamətlər üzrə fəaliyyətin daha da genişləndirməsi və effektivliyinin artırılmasına əlavə töhfələr verəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra imzalanma mərasimi baş tutub.

