Qarabağ Universitetində əməkhaqları orta göstəricidən bir neçə dəfə yüksək olacaq - Nazir
29 Fevral 2024 15:55 SosialYaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatıdırılması planlaşdırılır.
Olaylar.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
"İlkin mərhələdə universitetdə 1000 tələbə, 70 professor-müəllim heyəti olacaq. Əməkhaqları orta göstəricidən bir neçə dəfə yüksək olacaq. İlk illərdə təhsil ödənişsiz olacaq. Tələbələr üçün yataqxanalar pulsuz olacaq. Yüksək bal yığan tələbələrə əlavə təqaüd nəzərdə tutulur",- deyə nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31