Məktəbdə xoşagəlməz hadisədən "layk" xətrinə istifadə etmək ayıbdır - Nazir
29 Fevral 2024 15:48 SosialMəktəb direktorunun istintaq aparması düzgün deyil.
Olaylar.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
"Hadisə baş verəndə 3-4 ay sonra yox, vaxtında məlumat verilməlidir. Son 2-3 həftədə videolar var ki, hadisə noyabrda baş verib, lakin media və sosial şəbəkələrdə yeni hadisə kimi təqdim edilir. Məktəbdə xoşagəlməz hadisədən "layk" xətrinə istifadə etmək ayıb hadisədir.
Bu hadisələrin müzakirəsi həddində olmalıdır. İnsan özünü ucaltmaq üçün kimisə alçaltmamalıdır", - deyə nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31