Sabah bu ərazilərdə qaz olmayacaq
14 Dekabr 2023 18:40 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən "1 Saylı QNAS Qaraçuxur" magistral qaz kəmərində kranın quraşdırılması zəruriyyəti ilə əlaqədar 15.12.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək "Qaraçuxur əhali" ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Olaylar.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Təmir işləri aparılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsinin, MİDA yaşayış kompleksinin, həmçinin Bahar, Zığ Bağları, Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31