Sabaha hava necə olacaq?

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-10°, gündüz 11-13° olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarında yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mulayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8°, gündüz 11-16°, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31