Energetika naziri Şabranda vətəndaşları qəbul edəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Energetika naziri Pərviz Şahbazov dekabrın 15-də Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Şabran rayon Heydər Əliyev Mərkəzində (ünvan: Şabran şəhəri, Heydər Əliyev pr.142, AZ1700) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi,  598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31