Fikrət Məmmədov Şabranda vətəndaş qəbulu keçirəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov dekabrın 7-də Şabran şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Şabran, Xaçmaz və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 17; əlaqə telefonu: (023) 325-18-88, (055) 950-58-83), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 099-317-22-05 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31