Bu uşaqlar artıq köçkün deyil - VİDEO
5 Dekabr 2023 20:48 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Bu günədək 1000-ə yaxın ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. Onların arasında ata-baba yurdlarına qayıtmış uşaqlar və yeniyetmələr də var.
Məcburi köçkün ailələrdə böyüyən uşaqlar da işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın şəhərinə köçürülmüş uşaqlarla bağlı hazırladığı video çarxı təqdim edir.
https://www.youtube.com/watch?v=s0aux4Jatcg
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31