Xəzərdə dalğanın hündürlüyü 2 metri keçib - FAKTİKİ HAVA
5 Dekabr 2023 15:29 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bu gün saat 15:00-a olan məlumata əsasən, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31