Bu yolda sürət həddi endirildi
5 Dekabr 2023 15:26 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
"Eyni zamanda, məlumat sürət tablolarında "sürüşkən yol" və "güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31