1959-cu ildən UNİKAL GÖRÜNTÜLƏR: Bakı-Moskva təyyarə reysi AzTV-nin arxivində
5 Dekabr 2023 14:30 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Televiziyasında ilk dəfə olaraq "İl-18" markalı sərnişin təyyarəsi ilə Bakı-Moskva marşrutu üzrə həyata keçirilmiş səfərin görüntüləri yenidən nümayiş olunub.
Olaylar.az xəbər verir ki, "Qızıl Fond"da saxlanılan sujet Azərbaycan Televiziyasının "Telesəhər" musiqi-informasiya proqramında yayımlanıb.
Sujetdə bildirilib ki, iki salondan ibarət olan təyyarədə 95 sərnişin üçün yer var.
Havaya qalxan təyyarədə sərnişinlər isti xörək və qəlyanaltı ilə təmin olunub.
1959-cu ildə həyata keçirilmiş birinci sərnişin reysi milyonçu təyyarəçi Faiq Məmmədova tapşırılıb.
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:
https://www.youtube.com/watch? v=8tXaCR-C6X8
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31