Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi
5 Dekabr 2023 11:43 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az xəbər verir ki Milli Məclisin bu gün keçirilən iclasında "2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31