Ölkədə qızılcaya yoluxma halları artır - RƏSMİ AÇIQLAMA
1 Dekabr 2023 14:52 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Hazırda ölkədə qızılcaya yoluxma hallarında artım müşahidə edilir.
Olaylar.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
O qeyd edib ki, son dövrlərdə yoluxma sayında artım bir çox ölkələrdə müşahidə edilir.
"Əsas səbəb kimi peyvənd təqvimi COVID-19 pandemiyası ilə üst-üstə düşən uşaqların peyvənddən kənarda qalması göstərilir. Virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvənddir. Peyvəndlənmə uşaqların həyat sığortasıdır.
Qızılca xəstəliyinin antiviral müalicəsi yoxdur. Ağırlaşması olmayan xəstələr evdə izolasiya olunaraq sağala bilər. Peyvənd olunmayan xəstələrdə ağırlaşma ola bilər. Valideynlər diqqətli olmalıdır. Ağırlaşma olduqda və hərarət pik həddə çatdıqda ailə həkimlərinə müraciət etməlidirilər. Qızılcanın ağırlaşmasını pnevmoniya kimi görürük", - deyə o əlavə edib.