Məmməd Araz dünyaya başqa gözlə baxırdı - ÖZƏL
1 Dekabr 2023 12:02 Sosial"Məmməd Araz Azərbaycan ədəbiyyatında bir ulduz və hamının sevimli şairidir".
Olaylar.az xəbər verir ki, bunu millət vəkili, yazıçı Aqil Abbas bildirib.
"Bu gün Məmməd Arazın anım günüdür. Məmməd Arazın yazdığı şeir necə idisə, həyatda da elə idi. Şair bütün şeirlərində özünü, öz istəklərini, dünyaya baxışını təsvir edib. Məmməd Araz dünyaya başqa gözlə baxırdı. Ömrünün 30 ilini xəstə keçirməsinə baxmayaraq, yazmağa davam edirdi. Özünün də məşhur misrasında deyildiyi kimi: "Ölə-ölə yazmıram, yaza-yaza ölürəm"".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31