Məmməd Araz Azərbaycan xalqının yaddaşında yaşayacaq - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Bu gün Məmməd Arazın anım günüdür və biz onun I Fəxri Xiyabanda məzarı başında toplaşdıq". 
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı, jurnalist Rəşad Məcid   Məmməd Arazın 90 illiyində keçirilən anım mərasimində bildirib.
"Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim başda olmaqla, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Aqil Abbas, Məmməd Arazın yaxınları, doğmaları bir yerdə olduq. Bu il həm də Məmməd Arazın anadan olmasının 90 illiyidir. Və bununla bağlı Azərbaycanın müxtəlif müəssisələrində Məmməd Arazın xatirəsi yad edildi. Bu gün də Yazıçılar Birliyində Məmməd Arazın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Məmməd Araz elə bir şairdir ki, onun şeirləri neçə nəsil Azərbaycan xalqına vətənpərvərlik hisslərini aşılayır və torpaqlarımızın azad olunmasında ədəbiyyatımızın rolu varsa, eyni zamanda bu Məmməd Araz şeirlərinin roludur. Azərbaycan əsgərləri Məmməd Arazın şeirlərini vətənpərvərlik hissi ilə oxuyub və cuşa gələrək Qarabağı azad ediblər. Bu mənada, Məmməd Araz həmişə yaşayır və hələ uzun illər Məmməd Araz Azərbaycan xalqının yaddaşında yaşayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31