Kürdəmirdə qızılcaya yoluxan şagirdlərin son vəziyyəti AÇIQLANDI
27 Noyabr 2023 13:00 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Kürdəmir rayon 2 saylı tam orta məktəbin şagirdləri 9 nəfər olmaqla müxtəlif tarixlərdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlardan 5-i qızı, 4-ü oğlan olub. Pasiyentlərə hazırda zəruri tibbi xidmət göstərilir, stasionar şəraitdə müalicələri davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31