Narkomanların əksəriyyəti işsiz və təhsilsiz şəxslərdir- ÖZƏL
21 Noyabr 2023 12:44 Sosial"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerli şöbələrinin yaradılması məqsədilə ayrılan vəsaitə yenidən baxıla bilər". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Azay Quliyev deyib. Bildirib ki, sözügedən Komitənin yerli şöbələrinin olmaması problemlərin həllinə müdaxiləni mümkünsüz edir: "Ailə problemləri, narkomaniyaya qarşı mübarizə regionlarda daha da intensive aparılmalıdır. Statistika göstərir ki, narkomanların böyük əksəriyyəti işsiz və təhsilsiz şəxslərdir. Belə halların qarşısını almaq məqsədilə Komitənin yerli şöbələrinin yaradılmasına ayrılan vəsaitin artırılması məsələsinə yenidən baxıla bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31