“Şəxsiyyətin harmoniyası işığında” kitabının təqdimatı

Uzun müddət məsul vəzifələrdə çalışmış III dərəcəli "Vətənə Xidmətə görə" ordenli Dövlət qulluqçusu, hazırda  Masallı Rayon Ağsaqqallar Şurasının sədri,  20 kitab, yüzlərlə publisistik yazı, hekayə və tərcümə əsərinin müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist, "Qızıl qələm" və H. B. Zərdabi media mükafatları laureatı Ələşrəf  Niftiyevin növbəti kitabı  ulu öndər  Heydər Əliyevin 100 iliyi  münasibətilə qələmə alınıb.  3 bölmədən ibarət, 77 səhifəlik kitab "Şəxsiyyətin harmoniyası işığında"  başlığı altında Bakıda, "Elm və təhsil" nəşriyyatında  işiq üzü görüb. Yeni nəşrdə  müstəqil Azərbaycanımızın qurucusu, dahi şəxsiyyət, milli liderin irsinin öyrənilməsinə və milli-mənəvi dəyərlərimizin təbliği, maarifləndirmə işində rayon Ağsaqqallar Şurasının əlaqədar təşkilatlarla birlikdə həyata keçirdiyi yanaşmalardan danışılır. Bu günlər  Masallı şəhər Gənclər Mərkəzində Masallı Dövlət Regional Kollecinin təşəbbüsü ilə kitabın təqdimatı  baş tutub.

Tədbiri Masallı Dövlət Regional Kollecinin direktoru, "Tərəqqi" medallı Vidadi Nəzərov açaraq "Şəxsiyyətin harmoniyası işığında"   kitabı haqqında danışıb.  Söz Masallı Rayon İcra Hakimiyyəti Başçısının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayeva veriləndə , o, tədbir iştirakçılarını rayon rəhbəri  Araz Əhmədov adından salamlayaraq, müəllifi ərsəyə gətirdiyi  yeni kitabı münasibətilə təbrik edib. Sonra  Ə.Niftiyevin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub.

Çıxışlarda rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva, Masallıda çıxan "Yeni həyat" ictimai-siyasi qəzetinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin və RF Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov, yazıçı Xodaşirin Cəbiyev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Soltanağa Cəfərov, "Yeni həyat" qəzetinin məsul katibi Həsənağa Əliyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun rəisi Sabiq Cahangirov, şair-publisist Tahir Heydərli, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, həmin kollecinin tarix müəllimi Baba Həsənov,  Ağsaqqallar Şurasının Masallı şəhər üzrə sədri Fəxrəddin Talıbzadə, Masallı rayon Mərkəzi Kitabxanasının direktor əvəzi Zamin Məmmədov və başqaları 78 yaşlı ədib haqqında  ürək sözlərini deməklə, kitabla  bağlı fikirlərini söyləyiblər . Bildirilib ki, ən əsası   gələcək nəsillər üçün əvəzedilməz töhfə olan "Şəxsiyyətin harmoniyası işığında"  Masallının tanınmış ağsaqqal və yaradıcı şəxsiyyətlərinin ömür yoluna  müəllif tərəfindən işıq tutulur,  burada cəmiyyətdə baş verən ictimai-siyasi hadisələr məharətlə əks edilib.  Kitabda yazılanlar həyatın özündən götürülüb,  qələmə alınan xatirə və esselərdəki əsas leytmotiv  isə xalqın  milli-mənəvi dəyərlərin qorunması, hərbi-vətənpərvərlik işinin təbliği istiqamətində yeni nəslə örnək və gözəl  nümunə ola bilər.

Dəyərli ziyalı, gözəl insan, elin sevimli ağsaqqalı  Ələşrəf Niftiyev tədbirin təşkilinə görə Masallı rayon rəhbəri Araz Əhmədova, tədbir iştirakçılarına  minnətdarlığını söylədi, kitab nüsxələrini imzalayaraq oxuculara hədiyə edib və deyib-  Nə qədər ömür var,   yazacağım əsərlərdə xalqa, dövlətçiliyə xidməti əsas tutmaqla  əhali, xüsusilə gənclər və məktəblilər arasında ölkəmizin uğurlarının təbliğinə geniş yer verəcək, daha məzmunlu, oxunaqlı kitablarla görüşünüzə gələcəyəm.

Oxucular bir daha kitab haqqında müsbət  rəy söyləyib, müəllifə  can sağlığı, yeni uğurlar arzulayıb .  İştirakçılara   xoş əhval-ruhiyyə  gətirən tədbir Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında ulu öndər   Heydər Əliyevin 100 illiyi münasibətilə dahi şəxsiyyətin şərəfinə həsr edilən şerlərin səslənməsi ilə başa çatıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31