SN: Şəkər xəstələri bu əməliyyatı etdirə bilərlər

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Xəstənin çəkisi həddən artıq yüksəkdirsə və psixoloji cəhətdən hazırdırsa, mədə kiçiltmə əməliyyatı etdirə bilər".

Olaylar.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

O, valideynlərdə şəkər xəstəliyinin olmasının övladlara təsirinə də aydınlıq gətirib.

"Əgər anada tip 1 şəkərli diabet varsa, uşaqda olma faizi 3-7 faizdir. Atada tip 1 şəkərli diabet varsa, övladda əmələ gəlmə ehtimalı 10 faizə qədərdir. Əgər valideynlərin hər ikisində şəkərli diabet varsa, uşaqda 70 faiz əmələ gəlmə ehtimalı var" - deyə o qeyd edib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31