“Kiçik Akademiya”nın şagirdləri Ədəbiyyat İnstitutunun qonağı olub - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ölkəmizdə fəaliyyət göstərən ali və orta məktəblərlə əlaqələrini ardıcıl şəkildə davam etdirməkdədir. Orta məktəblərdə elmə maraq yaratmaq məqsədilə təşkil edilən "Kiçik Akademiya"ların şagirdləri ardıcıl şəkildə AMEA-nın elmi təşkilatlarına gəlir, onlarla birlikdə müxtəlif mövzularla bağlı müzakirələr aparılır.

Bu istiqamətdə görülən işlərin davamı olaraq, Suraxanı rayonunda yerləşən 101 nömrəli məktəbin "Kiçik Akademiya" üzvləri ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görüş keçirilib. Görüşdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli müasir ədəbiyyatşünaslıq elminin inkişaf tendensiyaları, Ədəbiyyat İnstitutunda aparılan tədqiqatlar və yeniliklər barədə gələcəyin alimlərinə məlumat verib. Ədəbiyyat İnstitutunun nəşri olan kitablar şagirdlərə hədiyyə olunub. Məktəbin müəllimləri Səlimova Validə və Yaxşıyeva Sevincin rəhbərliyi ilə Akademiyaya qonaq gələn şagirdlər Ədəbiyyat İnstitutunun şöbələrində aparılan tədqiqatlarla tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31