Azərbaycanın hazırda üzləşdiyi ən böyük təhdid iqlim dəyişikliyidir - BMTİP-in daimi nümayəndəsi
15 Noyabr 2023 13:34 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Hazırda Azərbaycanın regionda üzləşdiyi ən böyük təhdid iqlim dəyişikliyidir.
Olaylar.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı daimi nümayəndəsi Alessandra Rokkasalvo jurnalistlərə deyib.
"Ətraf mühitin dəyişikliyi, biomüxtəlifliyin itməsi, iqlimin pisləşməsi - bütün bunlar nəticələrin real yüngülləşdirilməsi üçün böyük investisiyalar tələb edəcək. Hökumət artıq "Yaşıl" Azərbaycanı təşviq etməklə bununla məşğul olur. Söhbət həm beynəlxalq, həm də milli səviyyədə özəl sektordan investisiyaların cəlb olunmasından gedir", - deyə o qeyd edib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31