AzTV-TRT əməkdaşlığında yeni mərhələ - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Türkiyədə səfərdə olan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov Ankarada TRT-nin sədri Mehmet Zahid Sobacı ilə görüşüb.

Olaylar.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb və razılaşma əldə olunub. Bura ortaq bədii və sənədli filmlərin çəkilməsi, cizgi filmlərinin hazırlanması, həmçinin, xəbər sahəsində birgə əməkdaşlıq kimi mühüm məsələlər daxildir.

Daha sonra TRT-nin studiyalarına, yaradıcı və texniki mərkəzlərinə baxış olub, təcrübə mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31