Şuşa Mədəniyyət Günləri çərçivəsində Cumhurbaşkanlığı Senfoni Orkestrinin Tarixi Salonunda konsert təşkil olunub - FOTO

Şuşa Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Ankara şəhərindəki Cumhurbaşkanlığı Senfoni Orkestrinin Tarixi Salonunda konsert təşkil olunub.
Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayan proqramda Şuşada görülən işlərıə bağlı qısa film nümayiş etdirilib.
Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov açılış çıxışı edərək qonaqları salamlayıb.
Əməkdar artistlər Anar Şuşalı və İlkin Əhmədov, Günay İmamverdiyevanın, Azərbaycan Dövlət Rəqs Ansamblının ifaları gurultulu alqışlarla qarşılanıb.
Geniş tamaşaçı kütləsinin izlədiyi konsert proqramında Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, Türkiyədən dövlət rəsmiləri, millət vəkilləri və ictimai xadimlər iştirak edib.
Proqram çərçivəsində foyedə Azərbaycan milli geyimləri və Şuşa rəssamlarının əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31