DSMF-nın xərclərinin 6,6 faizi əhaliyə ödənişlər təşkil edəcək- ÖZƏL
15 Noyabr 2023 08:41 SosialNövbəti ildə Dövlət Sosial Müdafiə Fondunun ümumi xərclərinin 6,6%-nin və ya 6 milyard 681 milyon 580 min manatının əhaliyə ödənişlər təşkil edəcək. Olaylar xəbər verir ki, bu barədə Milli Məclisin sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Bildirib ki, əhaliyə ödənişlərin 2024-cü il üçün nəzərdə tutulmuş proqnozu 2023-cü ilin təsdiqlənmiş proqnozundan 604 milyon manat, yaxud 10% çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31