Türkiyəli nazir Zəngilana gedəcək

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki 14-15 noyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. "OLAYLAR"-a Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan xəbərə görə, nazir səfər çərçivəsində 15 noyabr tarixində Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

Həmçinin noyabrın 16-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbayxana səfəri çərçivəsində  Zəngilana gedəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31